16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

London eşqi bitdi: Milyarderlər artıq ərəb şəhərinə üstünlük verirlər

London eşqi bitdi: Milyarderlər artıq ərəb şəhərinə üstünlük verirlər
Təminatlı insanlar artıq Londonda deyil, Dubayda əmlak almağa üstünlük verirlər.
Bu barədə "Bloomberg" Britaniya paytaxtındakı daşınmaz əmlak agentliklərindən birinin rəhbərinə istinadən yazır.
Rieltor müştərilərdən biri, adı açıqlanmayan milyarderlə söhbətinin təfərrüatını açıqlayıb. Onun sözlərinə görə, müştərisi Belqraviyada (Londonun tarixi mərkəzindəki ərazi) penthaus satır.
"Londonla işimiz bitdi", - deyə milyarder ona bildirib.
Penthausun qiyməti 20 milyon funt-sterlinqi keçir, lakin satıcı xaricə tez getmək və vergilərə qənaət etmək üçün endirim etməyə hazırdır.
Agent izah edib ki, bu müştərisinin seçimi də Dubayın üzərinə düşüb.
Britaniya qanunlarına görə, vətəndaşın xaricdə daimi yaşayış yeri varsa, xaricdəki gəlirinə görə vergi ödəməyə bilər.
Məqalədə qeyd olunub ki, varlı müştərilər üçün digər cəlbedici şəhər və ölkələr arasında Türkiyə, Sinqapur, Honkonq, Monako, İsveçrə və İtaliya da var. (Oxu.az)


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница