08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Kəmaləddin Heydərov Baba Vəziroğluna nə hədiyyə edib?

Kəmaləddin Heydərov Baba Vəziroğluna nə hədiyyə edib?
"Məni ilk təbrik edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov oldu".


BiG.AZ xəbər verir ki, bunu Qaynarinfo-ya nəğməkar şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu 70 illik yubileyindən danışarkən deyib.


Baba Vəziroğlu Kəmaləddin Heydərovun ona yubileyində etdiyi hədiyyəni də açıqlayıb:


"Ünvanıma xoş sözlər dedi. Əlbəttə, onun dilindən belə sözlərin səslənməsi məni çox sevindirdi və yubileyimə yeni mahnılar hədiyyə etdi. Vaxt tapan kimi bir araya gəlib mahnıların üzərində işləyəcəyik. Həmin mahnıların hansı müğənnilərin ifasında səslənəcəyini müzakirə edəcəyik".


Baba Vəziroğlu 70 illik yubileyinin dövlət səviyyəsində keçirilməməsində də münasibət açıqlayıb:


"Təmtərağı sevmirəm. Yubileyimi evimdə qeyd elədik, bütün dostlar-tanışlar, mənə yaxın olan adamların hamısı evimdə idi. Evdə güldən addım atmaq olmur, sağ olsunlar əziyyət çəkiblər, məni sayıblar. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, mədəniyyət naziri Adil Kərimli zəng etdi. Adil Kərimli ilə mədəniyyətin problemlərindən danışqıq. Nazirliyin adından evimə böyük bir buket göndərildi və Mədəniyyət Nazirliyinin fəxri doplumu ilə təltif olundum".


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница