16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Ailə dağılırsa, günah başqa qadının iblisliyindədir"

"Ailə dağılırsa, günah başqa qadının iblisliyindədir"
"Mən evlənəndə 32 yaşım var idi. Evim, stabil maaşım da var idi. Ayaq üstə dayanmağı bilirdim. İnsan müstəqil olanda evlənməlidir".
OLAY yazır ki, bu sözləri Xalq şairi Vahid Əziz "Düzünə qalsa…" verilişində deyib. Onun dediyinə görə, gənclər evlənəndə valideynlərdən nə qədər uzaq yaşasalar, bir o qədər səmimi olarlar:
"Çünki bir də görürsən aranı qarışdırırlar. Qayınana gəlini alınca, onun qapısına gedincə bəh-bəh olur, sonra başlayırlar bir-biri boğmağa. Nə lub axı? Hər iki tərəfin valideyni düşünür ki, mənim övladım bundan yaxşısı ilə evlənə bilərdi. Qadınlar bir-birinə hörmət etməlidirlər. Ailə dağılırsa, onu dağıdan o biri qadın olur. Əgər kişi xanımını atıb başqa qadın yanına gedirsə, bu, sevgi deyil. O biri qadının bu birisinə qarşı etdiyi iblislikdir. Qadın qadının ləyaqətini qorumalıdır. Qadın o birisini yiyəsiz, evsiz, ərsiz qoymamalıdır".
V. Əziz boşanmaların artdığını bildirib: "Ailədə subardinasiya pozulduğuna görə dağılır. İllərlə bir evdə yaşayırlar, zaman gəlir, qadın kişiyə qarşı kobudluğa başlayır, artıq bu onu yorur. Kişi də eynisini edir, hörmət itir. Ailədə qadın-kişi münasibətlərində qadın bilməlidir ki, bu, kişidir. Bizim qanunlarda bəzi şeylər dəyişməlidir. Deyək ki, ailə dağıldı, 2 uşaq qadınla qaldı. Əmlak də hər iki tərəfə bölünür, bəs bu iki uşaq nə etsin? Sən evin, maşının yarısı ilə getdin sevgilinlə yaşamağa, bəs bu iki uşağın gələcəyi?!"
Xalq şairi bildirib ki, kişinin vəzifəsi qadını qorumaqdır: "Qadın kimdənsə özünə yaxşı münasibət gözləməkdənsə, özünə dəyər verməlidir. Özü özünü alçatmamalıdır, satmamalıdır. Kişinin də vəzifəsi o qadını qorumaqdır. Amma qadın özü özünü alçaldırsa, sən ona nə cür dəyər verə bilərsən?!"


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница