16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Deputatların maaşı artıb, qiymət artımına səs çıxarmırlar" sözlərinə millət vəkilindən CAVAB

"Deputatların maaşı artıb, qiymət artımına səs çıxarmırlar" sözlərinə millət vəkilindən CAVAB
"Deputatların maaşı artıb, qiymət artımına səs çıxarmırlar" sözlərinə millət vəkilindən CAVAB


Bir neçə gün əvvəl Tarif Şurası ölkədə nəqliyyatın qiymətini qaldırdıqdan sonra məsələyə sadə vətəndaşlarla yanaşı məşhur simalar da öz etirazlarını bildirib. Bu məşhur simalardan biri də müğənni Nura Suridir.

O, bu məsələ haqda bunları deyib: "Bu qiymət artımı nəyə lazımdır? Nə etmək istəyirsiniz? İnsanları niyə qıcıqlandırırsınız bilmək olar? Deputatlar, millətin vəkilləri niyə danışmırlar? Maaşları artıb, sakit oturublar".

Müğənninin sözlərinə cavab olaraq deputat Fazil Mustafa MAY.AZ-a açıqlamasında bildirib ki, mətbuatda və sosial şəbəkələrdə Tarif Şurasının qərarı ilə bağlı səsləndirən fikirləri oxumadan, bilmədən danışmaq Azərbaycanda ənənəyə çevrilib:

“Mənim bununla bağlı tənqidi açıqlamamı bir saytda 20 mindən çox insan oxudu. Bundan əlavə Tarif Şurasının qərarını Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Əli Məsimli və digər deputalarımız tənqid etdi. Bu açıqlamaları oxumadan, bilmədən hansısa fikir səsləndirmək doğru deyil. İstər müğənni, istərsə də digər sənətin nümayədəsi olsun, bu cür ittiham edici formada danışmamalıdır. Ola bilər ki, deputatların açıqlaması onları qane etməsin. Burda hər kəs fərdi məsuliyyət daşıyır. Hamı eyni musiqinin tempini tutacaq deyə bir anlayış yoxdur. Hər kəsin öz fikri və məsələyə baxış tərzi var. Biz bu məsələnin bir vətandaş üçün böyük sıxıntı yaradacağını vurğulamışıq. Gərək o açıqlamalar oxunsun ki, bu cür əsassız danışılmasın”.

Aysel Yusifqızı

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница