16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Millət vəkilindən Xalq artistinə ev bağışlayan məmura SƏRT CAVAB

Millət vəkilindən Xalq artistinə ev bağışlayan məmura SƏRT CAVAB
Millət vəkilindən Xalq artistinə ev bağışlayan məmura SƏRT CAVAB


"Bir artistə pullu məmurlardan biri ikiotaqlı mənzil bağışlayıb. Nə olardı, həmin ikiotaqlı evi illərdir aspirantlar yataqxanasında, yaxud kirayə zirzəmidə ailəsi ilə birlikdə zillət çəkən bir fizik, bir kimyaçı, bir geoloq alimə bağışlasaydın.”

BAKU.WS AzNews.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun Xalq artisti Məleykə Əsədovaya ev bağışlamasına münasibətində deyib. O qeyd edib ki, hansısa pullu məmur hansısa işvəkar xanıma xərclədiyi pulun cüzi bir hissəsini bir elm adamına, bir yüksək istedadlı tələbəyə, imkansızlıqdan əziyyət çəkən bir istedadlı hərbçiyə, yüksək zəkalı bir yazara xərcləsə, o zaman bir yerlərə ucalan adamlarımızı görmək mümkün olar: "Bunlar yoxdursa, hələ intellekt oyunlarında çempionlar da olmayacaq, qalib gəlməyə qadir komandirlər də olmayacaq, Nobel alan alim də olmayacaq. İnsanın ortasının qiyməti başından yuxarı olan cəmiyyətlərin payını daha hazırlıqlı kimliklər əlindən qoparıb ala bilir. Təəccüblənməyin”.

Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov mətbuata müsahibəsində Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədovaya mənzil bağışladığını açıqlayıb. Aktrisa isə məlumatı təkzib edib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница