16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Onun itkin düşməyini eşidəndə dünyam qaraldı"

"Onun itkin düşməyini eşidəndə dünyam qaraldı"
Bu gün Azərbaycanda Anım Günü qeyd olunur. Şəhid ailələrinin üzvləri 44 günlük İkinci Qarabağ müharibəsinin xatirələrini bölüşərək itirdikləri əzizlərinin xatirəsini yad edirlər.
MAY.AZ Axşam.az-a istinadən xəbər verir ki, onlardan biri də aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı, aparıcı Zülfiyyə Bayramovadır. O, müharibədə bir çox yaxınının iştirak etdiyini və onlardan yalnız ona yaxın olan, övladının dostu Əmrahın geri qayıtmadığını, şəhidlik zirvəsinə ucaldığını bildirib:
"27 sentyabr, 2020-ci il, bazar günü. Yuxudan oyanıram İlqar yerində yox, maşın da həyətdə deyil. Zəng edirəm - haradasan? Telefonun o başından xoşbəxt bir səslə - "Müharibə başladı, mən Horadizə gedirəm"... Bir gözün ağlayıb, bir gözün gülməyinin nə demək olduğunu mən onda anladım. 2 oğlu əsgərlikdə olan, eyni zamanda Vətənini övladları qədər sevən ananın bir gözü sevincdən gülsə də, diğər gözü "birdən balalarıma bir şey olar" deyib, ağlayır. Ardınca qardaşımın yoldaşı zəng edir - "Müharibə başlayıb, Hamlet də getdi". Qardaş yükü də gəlir oğul, ər yükünün üstünə. Birdən Əmrah düşür yadıma, amma tez özümə təsəlli verirəm ki, "yox o Bakıda xidmətdədir, yəqin ki, aparmazlar". Sonra eşidirəm ki, onları da aparıblar. Bacımın oğlu gəlir ki, "Xala mən könüllü gedirəm, haqqını hallal et, müharibədir, bilmək olmaz". Getmə deyə bilmirəm, desəm də faydası olmayacağını gözəl bilirəm.
Bu böyük ev get gedə daralır, bir divan qalır, bir də televizor. O divanda oturub, nəfəs çəkmədən televizordan alacağım xəbərlərə baxıram. Sonra o divan da, televizor da mənə dar gəlir. Özüm də getmək istəyirəm cəbhəyə, amma necə? Səhəri qaçıram işlədiyim televiziya rəhbərinin yanına, xahiş edirəm, yalvarıram, məni müxbir kimi göndər cəbhəyə deyə. "Yox" cavabı və mən tənha qaldığım, gözümdə zərrə qədər dəyəri qalmamış evimə qayıdıram. Bir ananın, bir bacının, bir həyat yoldaşının gecələri diri gözlə sabahlamagı bilirsiniz nədir? Mən bilirəm...
Qardaşımdan 3 gün xəbər ala bilmirik. Ev az qalır başıma uça. Yenə yalvarıram ki, məni göndərin gedim cəbhəyə. Yenə "yox" cavabı... Yenə o divan, televizorda da ancaq "Real.TV"... Yenə gözümün biri sevinir, digəri ağlayır. Alınan torpaqlar bir gözümü güldürür, şəhid xəbərləri digər gözümü ağladır. Əmrahın itkin düşmə xəbərini eşidirəm. Bu dəfə dünyam daralır, nəfəsim boğazıma düyünlənir və yenə işə gedirəm, amma indi yalvarmağa yox, məzuniyyət götürməyə. Məzuniyyət götürürəm və mən də gedirəm Əmrahımı axtarmağa. Yol boyu Əmrahı tapacağımı, boynuna sarılacağımı xəyal edirəm. Beyləqana çatanda Əmrahın şəhid olma xəbərini eşidirəm. Sanki dünyam dağıldı və mən müharibə bitənə kimi bir daha Bakıya qayıtmadım. Təsəllim o odun alovun içində olub balalarıma bir nəfəs yaxın olmaq idi".


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница