16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Elvin Mirzəyevin atası İlqar Mirzəyevlə bağlı təsirli paylaşımı - FOTO

Elvin Mirzəyevin atası İlqar Mirzəyevlə bağlı təsirli paylaşımı - FOTO
Bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olmasının ikinci ildönümüdür.
BAKU.WS xəbər verir ki, Milli Qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev atasının şəhadətinin 2-ci ildönümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O, paylaşımında 2 il əvvəl şəhidlik zirvəsinə ucalan atasına xitab edib:
"Sən daima zirvələrdəsən, artilleriyanın atası, əfsanəvi komandir, mehriban, səmimi, gülərüz insan. Sənin yoxluğun bizə çox çətindir, ata, 2 il necə belə tez gəlib gedərmiş. Bax belə də olacaq, illər ötəcək, fəsillər dəyişəcək, amma sən hər zaman qəlbimdə qalacaqsan. Sən unudulmayacaqsan. Ata, sən xalqın qəhrəmanısan.
Əsgərliyi də bitirdim artıq, görəsən, xəbərin varmı? Bu 2 ildə nə çox şey dəyişdi, ata. Yenə hamı təsəlli verəcək, qoymayacaq pis olaq, ancaq nə xeyri, mümkündürmü, ata? Salam olsun sənə, ata, salam olsun sənə, ey Şəhid, salam olsun sənə, Milli Qəhrəman, Salam olsun sənə və səninlə birgə döyüşüb şəhid olan qəhrəmanlara.
Sən təkcə Mirzəyevlər ailəsinin yox, bütün dünya azərbaycanlılarının fəxri və qürur mənbəyisən. Sənin və sizlərin uyuduğunuz o müqəddəs torpaq üçün hər zaman can alıb, can verməyə hazırıq. Ata, sənin müqəddəs və şərəfli yolunu mən davam etdirəcəyəm. Çünki bu mənim məsuliyyətim, borcum və sənin qarşındakı öhdəliyimdir. Hər zaman yaddaşlarda və ürəklərdə olacaqsan.
Nə qədər ki bu millət var, sənin və sizin kimi qəhrəmanlar unudulmayacaq. Əgər sizi unutsaq, sizin haqqınız bizə halal olmasın, bu vətənin, bu yurdun suyu, çörəyi bizə haram olsun".
Elvinin atası ilə bağlı bu paylaşımı hər kəsi təsirləndirib. Sosial şəbəkə istifadəçiləri Milli Qəhrəmana Allahdan rəhmət diləyiblər.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница