Вторник
окт 13

"İşğaldan azad edilən yerlərdə şəkillər çəkdirən həmkarlarımı görəndə paxıllıqdan çatlayıram" - Turan Ibrahimov

"İşğaldan azad edilən yerlərdə şəkillər çəkdirən həmkarlarımı görəndə paxıllıqdan çatlayıram" - Turan Ibrahimov


Keçmiş aparıcı Turan İbrahimov sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

BiG.AZ xəbər verir ki, Turan "facebook" hesabında yeni post paylaşıb. Postda keçmiş aparıcı jurnalistika ilə məşğul olmadığı üçün peşman olmadığını amma son günlər həmkarlarının işğaldan azad olunan torpaqlarda şəkil çəkdirən həmkarlarına paxıllıq etdiyini yazıb:

"Son üç ildə jurnalistika ilə məşğul olmadığım üçün, zərrə qədər də olsun peşman olmamışam. Əksinə, hər tərəfli qazanmışam və hüzur tapmışam. Amma son günlər, cəbhədən reportajlar hazırlayan, işğaldan azad edilən yerlərdə şəkillər çəkdirən həmkarlarımı görəndə paxıllıqdan çatlayıram! Dostlar, çox şanslı adamlarsız! Tarixin yazılmasında birbaşa iştirak edirsiz!"

SAMİRƏ

Комментарии (0)

Оставить комментарий