16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Studiyaya qapanıb öz işimlə məşğul olmağıma səbəb iyrənc təkliflər olub

Studiyaya qapanıb öz işimlə məşğul olmağıma səbəb iyrənc təkliflər olub
Studiyaya qapanıb öz işimlə məşğul olmağıma səbəb iyrənc təkliflər olub


Müğənni Cingiz Mustafayev Murad Arifin aparıcılıq etdiyi "Popumuz var" proqramının qonağı olub.

BiG.AZ xəbər verir ki, müsahibə janırında davam edən proqramda aparıcının "Erkən yaşda qazanılan şöhrət insan psixologiyasına pis təsir edir. Sən də gənc yaşda ölkənin ən reytinqli yarışmasının qalibi oldun. Gənc qızların sevimlisi oldun. Həmin dönəmi necə aşdın?" sualına müğənni:

"16 yaşım var idi. O vaxt mənim maşınım yox idi. Getməli olduğum yerlərə ya taksi, ya avtobus, ya da metro ilə gedirdim. Təbii ki, ilk proqramdan sonra artıq hamı məni tanıyırdı. Sevənlər də var idi. Bəyənməyənlər də. Söz atanlar da olurdu. O vaxtlar saçlarım da uzun idi. İnsanlar belə görünüşü qəbul etmirdilər. Lakin mən nə həmin vaxtlarda da, nə də "Avroviziya" mahnı müsabiqəsindən sonra psixoloji heç bir problem yaşamadım. Pulu çoxalan kimi, məşhur olan kimi özünü itirən, ulduz xəstəliyinə tutulanlar var. Bütün bunların hamısı biliksizlikdən əmələ gəlir. Oxuyub, mariflənmirlər".

Murad Arifin "sənə qadınlar tərəfindən təkliflər gəlibmi? Əgər mənimlə ünsiyyətdə olsan, səni filan yerlərə çıxaracam kimi təkliflərdən gedir söhbət" sualına müğənni maraqlı açıqlama verib:

"Elə hadisələr çox olub. İnsanın ən əsas vicdanı olmalıdır. Əgər vicdan yoxdursa, sənə gələn hər bir təklifə razılıq verərsən. Mən özümü vicdanlı insan hesab edirəm. Özümü tanıyandan da bunu qorumağa çalışıram. Belə təkliflər çox olub. Təbii ki, özümə yox. Bunu mənə heç kim edə bilməz. Amma xəbərdarlıqla olub. Xəbər göndəriblər. Hətta EAvroviziya" dönəmində Avropadakı nümayəndəliklərindən mənə təkliflər edirdilər. Mustafayev cənabları təşrif buyursun, biz hər şey etməyə hazırıq deyirdilər. Əvvəllər bu məni qıcıqlandırırdı. Daha sonra fikir verməməyə çalışdım. Studiyaya qapanıb öz işimlə məşğul olma səbəbim elə bu iyrənc hadisələr olub".

Lamiyə Məmmədova

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница