16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Toyuğa ləzzət qatan ən vacib ədviyyatlar

Toyuğa ləzzət qatan ən vacib ədviyyatlar

Toyuğun dadını və ətrini artırmaq üçün ən çox istifadə edilən ədviyyatlar kəklikotu, qara istiot, qırmızı bibər, sarımsaq və zirədir.

Milli.Az xəbər verir ki, bu ədviyyatlar toyuğa həm iştahaaçan qoxu, həm də ləzzət bəxş edir. İstəyə görə limon suyu, köri və ya rozmarin (biberiye) əlavə etməklə daha aromatik dad əldə etmək mümkündür.

Klasik və Vazkeçilməz Ədviyyatlar

Duz və Qara İstiot: Hər növ toyuq yeməyinin təməl ədviyyatlarıdır. Qızartmadan tutmuş soba yeməklərinə qədər hər formada uyğundur.

Qırmızı Bibər (toz və ya pul): Toyuğa həm rəng, həm də yüngül acılıq verir. Sobada, tavada və ya manqalda bişirilən toyuqlara çox yaraşır.

Kəklikotu: Xüsusilə sobada bişirilən toyuq və toyuq qanadları ilə mükəmməl uyğunlaşır.

Sarımsaq (toz və ya təzə): Marinadlara əlavə edildikdə dadı dərinləşdirir və xüsusi ətir verir.

Güclü və Doyurucu Ədviyyatlar

Zirə: Toyuq soteyə, fajitaya və ya köri souslu yeməklərə isti və ədviyyatlı aroma qatır.

Sarıkök: Toyuğa açıq sarı "qızılı" rəng verir. Xüsusilə körili toyuq reseptlərində istifadə olunur.

Zəncəfil (toz və ya təzə): Uzaq Şərq üslublu toyuq yeməklərinin əvəzolunmaz ədviyyatıdır.


Darçın (az miqdarda): Orta Şərq mətbəxinə xas toyuq yeməklərinə dərin və isti ləzzət qatır.

Təravət və Yüngüllük Qatan Əlavələr

Limon suyu və ya limon qabığı rəndəsi: Toyuğu marinad etmək üçün əladır; əti yumşaldır və yeməyə təravətli dad verir.

Təzə göyərtilər (cəfəri, rozmarin, reyhan, nanə): Toyuq bişdikdən sonra əlavə olunarsa, yeməyə həm rəng, həm də təzəlik gətirir.

Dünya Mətbəxlərindən İlham

Köri: Hind mətbəxinə xas bu ədviyyat kremalı və ya tərəvəzli toyuq yeməklərində əla nəticə verir.

Paprika (şirin və ya tüstülü): Manqal toyuqlara yüngül şirinlik və dumanlı aroma qatır.

Kajun qarışığı: Ədviyyatlı toyuq qanadlarının sirlərindən biridir. İçində adətən sarımsaq tozu, qırmızı bibər, qara istiot, kəklikotu və zirə olur.

Aralıq dənizi üslublu toyuq reseptlərində turş və ədviyyatlı tarazlıq yaradır.

Lalə Qüdrətova



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница