Yeni "Hörümçək adam"ın nümayiş tarixi açıqlandı

👤 Admin 📅 28-10-2024, 06:22 👁 0 baxış 💬 0 şərh

"Hörümçək adam" franşizasının dördüncü filmi 2026-cı ilin iyulunda nümayiş olunacaq.

Oxu.Az "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin "Sony Pictures" kino şirkəti məlumat yayıb.

Yeni filmdə ingilis aktyoru Tom Holland əvvəlki trilogiyada olduğu kimi yenidən superqəhrəman rolunu oynayacaq.


Blokbasterin rejissoru "Şanq-Çi və On üzük əfsanəsi" filmi üzərində işləyən Destin Daniel Kretton olacaq.

Filmin nümayişi 2026-cı il iyulun 17-nə planlaşdırılıb.


📌 Taglar:
🔗 Paylaş: Facebook Twitter Telegram