08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Keytin "Titanik" filmində batan paltosu rekord qiymətə satılacaq

Keytin "Titanik" filmində batan paltosu rekord qiymətə satılacaq

1997-ci ildə məşhur "Titanik" filmində Keyt Uinsletin oynadığı Rouz Dyuitt Byukeyterin geyindiyi palto hərracda rekord qiymətə satışa çıxarılacaq.

BiG.AZ oxu.az-a istinadən bildirir ki, "Batan palto" kimi tanınan rekvizitin əsas "Entertainment Memorabilia" auksionunda 125-250 min dollar (212.5-425 min manat) arasında qiymətə satılacağı gözlənilir. Tədbir "PropStore" tərəfindən təşkil olunacaq və avqustun 15-dən 18-dək baş tutacaq.

Maraqlıdır ki, geyim dizaynerləri çəkiliş üçün paltonun bir neçə variantını hazırlayıblar, çünki paltarın suya düşdüyü səhnələri bir neçə dəfə çəkmək lazım gəlib. Bu paltonun iki versiyası əvvəllər müxtəlif auksionlarda satılıb: birincisi 2019-cu ildə "GWS" auksionunda 270 min dollara, ikincisi isə 2023-cü ildə "Goldin" auksionunda 110 min 400 dollara satılıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница