09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Bu məscidin adı dəyişdirilir

Bu məscidin adı dəyişdirilir
Bakının Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsində yerləşən "Əbu-Bəkr" məscidində yenidən bərpa-gücləndirmə işləri aparılacaq.
"Report"un əldə etdiyi məlumata görə, hazırda məsciddə ötən il start verilən bərpa-gücləndirmə işləri davam etdirilir.
Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədlərinin hazırlanması ilə əlaqədar yenidən tender elan edib.
Tenderə uyğun olaraq, ibadət ocağında hazırda həyata keçirilən işlərin davamı kimi yenidən bərpa-gücləndirmə işlərinə başlanılacaq. Bütün işlər tam yekunlaşandan sonra isə məscid "Cümə məscidi" adı ilə fəaliyyət göstərəcək. İşlərin nə zaman yekunlaşacağı hələ məlum deyil.
Xatırladaq ki, ötən il məsciddə bərpa-gücləndirmə işlərinin aparılması üçün 2 881,728 min manatlıq satınalma müqaviləsi imzalanıb. Məlumata görə, artıq həmin məbləğ müqabilində həyata keçirilən işlər yekunlaşmaq üzrədir.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница