16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakıda SOS: 130 ev hər an uça bilər

Bakıda SOS: 130 ev hər an uça bilər
Bakıda SOS: 130 ev hər an uça bilər


Son günlər Azərbaycanda havaların yağışlı keçməsi nəticəsində sürüşmə sahələrində aktivləşmə artıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə APA-ya açıqlamasında deyib ki, Bakı üzrə ən təhlükəli zona Zığdadır. Onun sözlərinə görə, Zığda vəziyyət xeyli fəallaşıb və artıq 120-130 ev təhlükə zonasındadır: "Zığ massivi zonasında evlərdə çatlar genişlənib, proses sürətlənib və evlər üçün təhlükə artıb. Digər sürüşmə sahələrində nisbi fəallıqdır və gözə görünən proses yoxdur. Amma Zığ tərəfdə vəziyyət yaxşı deyil”.

E.Əlizadə qeyd edib ki, Azərbaycanın digər rayonlarında da fəallaşma müşahidə edilir. O əlavə edib ki, İsmayıllı-Ağsu-Şamaxı zonasında yüksək fəallaşma var: "Nisbi fəallaşma Lənkəran, Şabran-Xızı zonasındadır. Sürüşmə sahələrində fəallıq var, amma kəndlərə böyük ziyan dəyməyib, yollar bağlanmayıb. Qobustan-Şamaxı-İsmayıllı, Qobustan-Şamaxı-Ağsu yolları ətrafındakı sürüşmə zonalarında fəallıq var. Bir də yağış yağarsa, yollaın bəziləri bağlana bilər”.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница