16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakı-Şamaxı yolunda mikroavtobus aşdı, ölən və yaralananlar var - ADLAR - YENİLƏNİB

Bakı-Şamaxı yolunda mikroavtobus aşdı, ölən və yaralananlar var - ADLAR - YENİLƏNİB
Bakı-Şamaxı yolunda mikroavtobus aşdı, ölən və yaralananlar var - ADLAR - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qobustan rayonu ərazisində "Mercedes" markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb.

MAY.AZ-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və 1968-ci il təvəllüdlü Papahov Paşa Şahmar oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

-----------

Bu gün Bakı-Şamaxı yolunun 90-cı kilometrində "Mercedes-Vita" markalı mikroavtobus dairəvi yol ayrıcına çırpılıb və aşıb, APA məlumat yayıb.

Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница