16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Axşam hamama girdim, qəflətən bir kişi sinəmə əl atdı..." - Bakıda OLAY

"Axşam hamama girdim, qəflətən bir kişi sinəmə əl atdı..." - Bakıda OLAY
"Axşam hamama girdim, qəflətən bir kişi sinəmə əl atdı..." - Bakıda OLAY


"Axşam idi, hamama çimmək üçün girdim. Qəflətən bir kişi sinəmə əl atdı. Baxıb gördüm ki, qonşum və qohumum Əhlimandır. Qışqırıb köməyə adam çağırdım, ancaq o məni zorlamaq istəyirdi".

Bu sözləri Bakının Qaradağ rayonu ərazisində qohumu tərəfindən təcavüzə məruz qalan 30 yaşlı F.M. deyib.

Qobustan qəsəbəsi, Şıxlar kəndində yaşayan zərərçəkmişin sözlərinə görə, hadisə bu il aprelin 27-də yaşadığı evin həyətindəki hamamda baş verib: ''Gecə idi, haradasa saat 11 olardı. Hamama girdim. Soyunmaq istəyirdim ki, qəflətən Əhliman Qasımov içəri girib mənə əl-qol atdı. Sinəmə əl atırdı. Qışqırıb yoldaşımı çağırdım, heç kim köməyə gəlmədi. Sonra mənə pis-pis təkliflər etməyə başladı. Mən etiraz edəndə başladı zorla etməyə. Mən hamamda əlimə birdəfəlik istifadə olunan üzqırxan keçdi. Götürüb Əhlimanın üzünə çəkdim. Üzünün qanadığını görəndən sonra məndən əl çəkdi''.

Şikayətçi deyir ki, hadisə baş verən vaxta kimi Ə.Qasımovdan hansısa şübhəli hərəkət hiss etməyib.

Hadisə ilə bağlı Qaradağ Rayon Prokurorluğunda istintaq aparılsa da, şikayətçi müstəntiq İlyas Hüseynovun işindən narazılıq etdi: ''Müstəntiq məndən evin sənədlərini istəyir. Hamamın hansı həyətdə olmasını soruşur. Öz həyətimdə, öz hamamımda baş verib hadisə. Evin sənədlərinin bu məsələyə nə aidiyyəti var?''

Müstəntiq İ.Hüseynov criminal.az-a açıqlamasında dedi ki, hazırda F.M.-in işi ilə bağlı istintaq davam etdirilir. Ə.Qasımov artıq həbs edilib. İşin gedişində zərərçəkmiş tərəfi narazı salacaq heç bir hal yoxdur. Sadəcə hadisə ilə bağlı Cinayət Məcəlləsinin 29,149-cu (zorlamaya cəhd) maddəsi ilə cinayət işi başlanıb. Zərərçəkmişdən evin sənədlərinin tələb edilməsi isə sırf işin gedişi ilə bağlıdır.

Müstəntiqin sözlərinə görə, sənədlər mənzil toxunulmazlığı hüququ ilə bağlıdır. Çünki Ə.Qasımov başqasının mənzilinə girərək qadına təcavüz etmək istəyib. Ona görə də cinayət işinə Cinayət Məcəlləsinin 157-ci maddəsinin də əlavə edilməsi mümkündür. Bu isə sırf zərərçəkmiş tərəfin xeyrinə olan bir haldır.

İ.Hüseynov əlavə etdi ki, zərərçəkmiş tərəfin hüquqlarını vəkil Şəfiqə Nağıyeva qoruyur. Ondan order tələb etsək də verməkdən imtina etdi. Sonradan məlum oldu ki, onun fəaliyyəti Vəkillər Kolegiyası tərəfindən 6 ay müddətinə dayandırılıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница