16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Yoldan tapdığı pulqabı azərbaycanlının başına iş açdı

Yoldan tapdığı pulqabı azərbaycanlının başına iş açdı
Yoldan tapdığı pulqabı azərbaycanlının başına iş açdı


Rusiyanın Novqorod şəhərində azərbaycanlı yerdən pulqabı tapıb.

MAY.AZ oxu.az-a istinadən xəbər verir ki, pulqabının içərisində 1,5 min rubl (39.9 AZN) və bank kartları olub.

Rza İ. 1000 rubldan (26.6 AZN) artıq mal alarsa, pin kodu bilməyə ehtiyac olmadığını bildiyi üçün fərqli mağazalardan 3.600 (95.76 AZN) rubldan çox alış-veriş edib.

Növbəti gün 41 yaşlı Rza yenə fərqli mağazalardan 2,6 min rubl (69.16 AZN) alış-veriş edəndən sonra bu hadisəni qeyd etmək üçün Novqorod kafelərindən birinə gedib, lakin oradan ac qayıdıb.

Çünki bu müddət ərzində kart sahibi kartı bloklayıb və polisə müraciət edib.

Məhkəmə prosesində bəlli olub ki, Rza istintaq prosesi zamanı kart sahibini tapıb, xərclədiyi pulu qaytarıb və ondan üzr istəyib.

Buna görə zərərçəkən hakimdən cinayət işinə xitam verilməsini istəyib.

Məhkəmə cinayətin orta ağır olduğunu, Rzanın daha əvvəl məhkum olunmadığını, vurduğu ziyanı ödədiyini və himayəsində iki uşağın olduğunu nəzərə alaraq tələbi qəbul edib.

Məhkəmə qərarına əsasən, Rza sərbəst buraxılıb, məhkəmə xərcləri isə federal büdcə hesabına ödənilib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница