16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

26 yaşlı azərbaycanlıdan Rusiyada dəhşətli əməl: Sələmə pul verən yaşlı qadını öldürdü və...

26 yaşlı azərbaycanlıdan Rusiyada dəhşətli əməl: Sələmə pul verən yaşlı qadını öldürdü və...
26 yaşlı azərbaycanlıdan Rusiyada dəhşətli əməl: Sələmə pul verən yaşlı qadını öldürdü və...


Başqırdıstanın Beloretsk şəhərində yaşayan 26 yaşlı azərbaycanlı quldurluqla adam öldürməkdə təqsirli bilinib.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, məlumatı Rusiyanın bu respublikasının prokurorluğu yayıb.

Mənbə bildirir ki, təqsirli bilinmiş şəxs 75 yaşlı faizə pul borc verən qadınla tanış olub və dəfələrlə özü və qohumları pensiyaçı qadının xidmətlərindən istifadə edib. Ötən ilin fevral ayında gənc qadını elə onun öz evində boğaraq öldürüb və evdən 70 min rubl oğurlayıb.

Qətli və qarəti törətdikdən sonra o, vətəni Azərbaycana qayıdıb, lakin bir müddət sonra Rusiyaya qayıdaraq, hüquq-mühafizə orqanlarına təslim olub.

Məhkəmədə o, günahını qismən etiraf edib və bildirib ki, qadını öldürmək və qarət etmək niyyəti olmayıb, hadisə təsadüfən baş verib.

Dövlət ittihamçısı çıxışında qeyd edib ki, ittiham olunan şəxs hadisə yerinə əlcəklə gəlib və barmaq izlərini tapmaq mümkün olmayıb. Bu da hadisənin əvvəlcədən planlaşdırıldığını sübuta yetirir.

Məhkəmə ittiham olunan azərbaycanlıya inanmayıb və ittihamçının dəlilləri ilə razılaşıb.

Azərbaycanlı gənc 15 il müddətinə həbs cəzasına məhkum olunub və həbs müddətini ciddi rejimli islah müəssisəsində çəkəcək. Bundan əlavə, 15 il bitdikdən sonra onun azadlığı 1 il müddətinə məhdudlaşdırılacaq və təqsirli bilinmiş şəxs öldürdüyü qadının qohumlarına mənəvi kompensasiya olaraq 330 min rubl ödəməlidir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница