16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda zəncirvari yol qəzası: yaralılar var

Azərbaycanda zəncirvari yol qəzası: yaralılar var
Azərbaycanda zəncirvari yol qəzası: yaralılar var


İmişlidə 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən gün gecə saatlarında İmişli-Kürdəmir avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Əvvəlcə "QAZ-53” markalı avtomobil yolun kənarında dayanan traktora çırpılıb. Bundan sonra Balakən rayon sakini, 32 yaşlı Kənan Fazil oğlu Lələyev idarə etdiyi TIR-ı saxlaya bilmədiyindən "QAZ-53” markalı avtomobilə çırpılıb. Nəticədə TIR-ın sürücüsü də daxil olmaqla "QAZ-53”ün kuzovunda olan Saatlı rayon sakinləri - 18 yaşlı Cavid Cəfər oğlu Abbasov, 25 yaşlı Zülfüqar Yadigar oğlu Qurbanov, 17 yaşlı Əkbər Valeh oğlu Fətullayev və 17 yaşlı Elşən Mehman oğlu Fətəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq onlara ilk tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Cavid Abbasovun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница