Salyanda dəhşətli hadisə - ÖLƏNLƏR VAR

Salyanda dəhşətli hadisə - ÖLƏNLƏR VAR
0
Gündəm
Yayınlanma tarihi: 7-04-2019, 12:22
Salyanda dəhşətli hadisə - ÖLƏNLƏR VAR


Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. Belə ki, Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1990-cı il təvəllüdlü Abışov Şəhriyar Mahir oğlu idarə etdiyi “Hundai” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobil yolun kənarındakı kollektora aşıb.

Qəza nəticəsində avtombildə olan sərnişin, 1994-cü il təvəllüdlü İsrafilov Mərhəmət Vahid oğlu hadisə yerində ölüb. Xəsarət alan Qaçaqkənd kəndinin sakinləri, 1993-cü il təvəllüdlü, Nəbiyev Natiq Namiq oğlu və İsrafilov Qubad İlqar oğlu və sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq avtomobilin sürücüsü Ş. Abışov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.(publika)

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!