24 
oktyabr
2019
14:01
48
0
606
Virtual karabakh

Bakıda evli kişi yalandan elçi gedib, özünə toy etdi: Arvadı isə... - VİDEO

24 oktyabr, 2019
14:01
606

Bakıda evli kişi yalandan elçi gedib, özünə toy etdi: Arvadı isə... - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda evli kişi yalandan elçi gedib, özünə toy etdi: Arvadı isə... - VİDEO


Onların toy görüntüləri yayımlanıb

Bakıda 28 yaşlı Rasif adlı şəxsin həyat yoldaşını aldadaraq başqası ilə evlənməsi hər kəsi şoka salıb.

Bu barədə ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində məlumat verilib. Efirə çıxan Rasifin qardaşı və həyat yoldaşı əvvəlcə onun qaçırıldığını bildiriblər. Onlar bir uşaq atası olan Rasifin tapılması üçün yardım istəyiblər.

Proqramın araşdırmaları zamanı məlum olub ki, həyat yoldaşı Aynurə ilə 10 ildir imam nikahı ilə yaşayan Rasif başqasına aşiq olub. Yalandan özünə elçilik edən 28 yaşlı kişi hətta yad adamları qohum-əqrəbası kimi təqdim edərək, restoranda özünə toy məclisi də edib.


Onun hazırda rəsmi nikahla evləndiyi həyat yoldaşı Xədicə ilə Türkiyədə olduğu ortaya çıxıb. Aparıcı Zaur Baxışəliyev verilişdə Rasifin yeni evləndiyi Xədicəsinin səs yazılarını yayımlayıb. Qadın onun evli olduğunu gec öyrəndiyini bildirib. Rasif isə ona Aynurəni sevmədiyini və ayrılmaq istədiyini deyib.

Efirdə onların toy görüntüləri də yayımlanıb.

Bizimlə əlaqə saxlayın