16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Ded Xasan"ın qətlinin TƏFƏRRÜATLARI MƏLUM OLDU

"Ded Xasan"ın qətlinin TƏFƏRRÜATLARI MƏLUM OLDU
"Ded Xasan"ın qətlinin TƏFƏRRÜATLARI MƏLUM OLDU


Rusiyanın bir nömrəli qanuni oğrusu Aslan Usoyan, yəni Ded Xasanın ölümü ilə bağlı təfərrüatlar məlum olub.

Sonxeber.Az xəbər verir ki, istintaq Taqansk cinayət qruplaşmasının fəaliyyətini araşdırarkən bu qənaətə gəlib. Məlum olub ki, Ded Xasanın ölümünə səbəb olan silah məhz bu qruplaşmaya məxsusdur. Əvvəllər bu silahdan qanuni oğru Skifin (Andrey Qolubev) ölümündə istifadə edilib. Sifarişçi kimi isə qanuni oğru Merab Canqveladzenin (Merab Suxumski) adı hallanır.

Hazırda Taqansk qruplaşmasının lideri İqor Jirnokleyev də hazırda ifadə verir. O, oğru aləmində Jirnıy ləqəbi ilə tanınır. Jirnıy Ded Xasanın ölümü ilə bağlı danışmaqdan qəti imtina edir və anlayır ki, bu zaman həbsxanada öz ölüm hökmünü imzalamış olacaq.
Aslan Usoyan 2013-cü ilin 16 yanvar tarixində sevimli “Köhnə fayton” restoranına girərkən qarşıdakı binanın çardağından “Val” avtomatından açılan atəş nəticəsində ölüb. Eyni silahdan 2009-cu ildə açılan atəş nəticəsində qanuni oğru Skif də dünyasını dəyişib.

2009-cu ilin yaz ayında Aslan Usoyanın qruplaşması ilə Tariel Oniani, Merab Canqveladze qruplaşması arasında müharibə gedirdi. Skif isə Aslanın tərəfini tutmuşdu. Jurnıy isə Merabın tərəfində idi. Jirnıy Ded Xasanın düşmənləri ilə əlaqədə olduğunu gizlətməyə çalışırdı. Amma Qolubev bunu bildi və bu səbəbdən qətlə yetirildi. Polisin fikrinə əsasən, Skifə atəş açan şəxs killer Marat Yanbuxtin olub. O, bu yaxınlarda vəkil Natalya Vavilinin qətlinə görə 19 il həbs cəzası alıb.

Hüquq-mühafizə orqanlarının fikrinə görə, Aslana 2010-cu ildə edilən hücumun və 2013-cü ildə onun qətlinin sifarişçisi Merab Canqveladzedir. Bunu bir çox fakt sübut edir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница