16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Kriminal aləm Lotu Quliyə müharibə ELAN ETDİ - Lənkəranskinin ölümü bağışlanmır

Kriminal aləm Lotu Quliyə müharibə ELAN ETDİ - Lənkəranskinin ölümü bağışlanmır
Kriminal aləm Lotu Quliyə müharibə ELAN ETDİ - Lənkəranskinin ölümü bağışlanmır


Azərbaycanlı "qanuni oğru"lar 1 nömrəli mafioz həmyerliləri Nadir Səlifova (Lotu Quli) qarşı müharibə elan ediblər.

BAKU.WS rosbalt-a istinadən xəbər verir ki, Quliyə qarşı müxalif birləşməyə Rafiq Eyvazov (Rafiq Masallinski), Cavid Məmmədov (Dato Ağcabədinski), Emin Əhmədov (Emin Hacıqabulinski), Ceyhun Əsgərov (Ceyhun Gəncinski), Zaur Şipilov (Zaur Naxçıvanski) və hazırda uzunmüddətli həbs cəzası çəkən Əli Heydərov ( Albert Gəncinski) daxil olub.

Bu qrupun məqsədi Lotu Qulinin təkcə Rusiyadakı obyektlərinə sahiblənmək deyil, ümumiyyətlə onun mövqeyini zəiflətməkdir.

Onlara Vaqif Süleymanov (Vaqif), Arif Mehdiyev (Arif Sumqaitski), Yunus Nəzərov (Yunus Yasamalski) kimi adlı-sanlı qanuni oğrular dəstək verir. Düzdür, onlar bu dəstəyi açıq şəkildə etmirlər və Lotu Quli ilə açıq münaqişəyə girmək planları da yoxdur.

Deyilənə görə, müxalifətçilərin maliyyə mənbəyi 2016-cı ildə İstanbulda güllələnən Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxınlarıdır. Çünki onlar Lənkəranskinin qətlində Lotu Qulinin əlinin olduğuna inanırlar.

"Rosbalt" ın mənbələri hesab edir ki, bu münaqişə söz-söhbətlə bitməyəcək, tərəflər daha qətiyyətli hərəkətlərə keçəcəklər.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница