09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

70 yaşlı qadın itinə hücum edən pitbulu DİŞLƏDİ

70 yaşlı qadın itinə hücum edən pitbulu DİŞLƏDİ

ABŞ- Florida ştatında yaşayan yaşlı bir qadın öz itini ona hücum edən pitbuldan xilas edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Orlando şəhərində baş verib. 70 yaşlı Şirli Pasamanik supermarketdən çıxarkən onun 14 yaşlı iti Sparkiyə qəfil pitbul hücum edib.

Qadın əvvəlcə əsa ilə Spakini qorumağa çalışıb, amma aqressiv it dayanmayıb. Bundan sonra Pasamanik pitbulun üstünə atılıb və onun boğazını dişləyib. Yalnız bundan sonra heyvan geri çəkilib.

"Mən onun çənəsini aça bilmədim, buna görə dişlədim. Mənim çəkim cəmi 41 kiloqramdır! Sadəcə gücüm çatmırdı!" – deyə amerikalı qadın öz hərəkətini izah edib.

Qadın əlavə edib ki, pitbulun sahibi onu qayışa bağlayıb aparıb və nə onun, nə də Spakinin vəziyyəti ilə maraqlanmayıb. Hazırda polis həmin kişini axtarmaqda davam edir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница