Qəssabdan qaçan öküz yaşlı qadını xəstəxanalıq elədi

👤 Admin 📅 20-01-2018, 13:29 👁 789 baxış 💬 0 şərh
Qəssabdan qaçan öküz yaşlı qadını xəstəxanalıq elədi


Mingəçevir şəhərində yaşlı qadını öküz vurub. BAKU.WS report-a istinadən xəıbər verir ki, hadisə şəhərin M.Maqomayev prospektində baş verib.

Qəssabdan qaçan öküz yoldan keçən 1963-cü il təvəllüdlü şəhər sakini Hüseynova Təranə Yaqub qızına hücum edib və onu vuraraq yerə yıxıb. Başı asfalta çırpılan qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qadının bədən nahiyəsi ilə yanaşı, kəllə-beyin travması aldığı məlum olub.
📌 Taglar:
🔗 Paylaş: Facebook Twitter Telegram