09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Sumqayıtda mənzildə qumbara partlayıb: Ölən var

Sumqayıtda mənzildə qumbara partlayıb: Ölən var

Sumqayıtda partlayış baş verən mənzildə döyüş tətbiqinə yararlı başqa mərmilər də aşkarlanıb.

Oxu.Az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Qeyd olunur ki, qurumun "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu küçəsində, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Partlayış baş vermiş mənzilə baxış keçirilərkən 1958-ci il təvəllüdlü Sergey Valentinoviç Truxinin meyiti aşkar edilib.

Mənzildə aşkar edilmiş döyüş tətbiqinə yararlı üç ədəd 23 mm-lik mərmi Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.

Mənzildə yanğın hadisəsi qeydə alınmayıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Sumqayıtda baş verən partlayış hadisəsinin bəzi detalları bəlli olub.

Oxu.Az Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına istinadən bildirir ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Sergey Valentinoviç Truxin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Sumqayıtda mənzildə qumbara partlayıb: Ölən var

Sumqayıt şəhərində mənzildə partlayış olub.

"Report"un yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində bir nəfər ölüb.

Hadisənin baş verdiyi əraziyə müvafiq qurumların əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница