16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Naxçıvan-Sədərək magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var

Naxçıvan-Sədərək magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var
Naxçıvan-Sədərək magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında magistralın Əliabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarət alıb. Belə ki, hadisə zamanı avtomobildə olan Qaraçuq kənd sakinləri 1967-ci il təvəllüdlü Əmrah Novruzov, 1968-ci il təvəllüdlü Gülnar Novruzova, 1991-ci il təvəllüdlü Türkanə Novruzova, Naxçıvan şəhər sakinləri 2010-cu il təvəllüdlü Novruz Allahverdiyev, 2012-ci il təvəllüdlü Ramal Allahverdiyev, Şərur rayon İbadulla kənd sakinləri 1989-cu il təvəllüdlü Orxan Cəlilov və 2014-cü il təvəllüdlü Sevgi Cəlilova yaralanıblar.
Onlar təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı bağlı araşdırma aparılır.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница