Siyəzəndə ər və arvad dəm qazından ölüb

👤 Admin 📅 2-03-2023, 10:28 👁 162 baxış 💬 0 şərh
Siyəzəndə iki nəfər dəm qazından zəhərlənərək ölüb.
MAY.AZ report-a istinadən xəbər verir ki, hadisə şəhərin S. Xeyrullayev 63 ünvanında baş verib.
Belə ki, Siyəzən şəhər sakinləri 1977-ci il təvəllüdlü Arzu Adıgözəl oğlu Quliyev və həyat yoldaşı 1976-cı il təvəllüdlü Ruhiyyə Oqtay qızı Quliyeva dəm qazından zəhərləniblər.
Hər iki şəxs Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
📌 Taglar:
🔗 Paylaş: Facebook Twitter Telegram