16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Əməlindən əl çəkmirdi, kişilərlə…" – Bacısını öldürüb basdıran qardaşdan etiraf

"Əməlindən əl çəkmirdi, kişilərlə…" – Bacısını öldürüb basdıran qardaşdan etiraf
"Əməlindən əl çəkmirdi, kişilərlə…" – Bacısını öldürüb basdıran qardaşdan etiraf


Goranboy rayonunun İrəvanlı kəndində bacısını öldürərək zirzəmidə basdıran şəxsin məhkəməsi başa çatıb.

Report-un məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə Goranboy rayonunun İrəvanlı kəndində 6 il əvvəl bacısı, 1983-cü il təvəllüdlü Rəxşəndə Çingiz qızı Hüseynovanı öldürərək basdıran rayon sakini, 1985-ci il təvəllüdlü Aydın Çingiz oğlu Hüseynova hökm oxunub.

Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunan A.Hüseynov məhkəmənin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Rəxşəndə Hüseynovanın meyiti bu ilin mart ayında elə A.Hüseynovun yaşadığı evin zirzəmisində aşkarlanıb. Saxlanılan A.Hüseynov dindirilmə zamanı bacısını qısqanclıq zəminində öldürdüyünü və həyətlərindəki yardımçı tikilinin zirzəmisində basdırdığını bldirib.

"Bacım düzgün yolda deyildi. Ərindən boşanmışdı. Onu bir neçə dəfə döysəm də, pis işlərdən əl çəkmirdi. Boşandıqdan 3 il sonra bacıma dəfələrlə xəbərdalıq etdim. Ona "səni öldürəcəyəm” demişdim. O isə öz əməlindən əl çəkmirdi. Bir neçə dəfə bacımı başqa kişilərlə telefonla danışdığını görüb möhkəm döymüşdüm. Tez-tez onun başqa kişilərlə gəzdiyini eşidirdim. Hər dəfə belə bir şey eşidəndə onu döyürdüm. Sonuncu dəfə əsəblərimə hakim ola bilmədim və onu boğaraq öldürdüm. Öldürəndən sonra meyiti zirzəmidə basdırdım. Daha sonra bütün qohumlarıma dedim ki, bacımı evdən qovmuşam və o da qaçıb Bakıya gedib. Bir müddətdən sonra qohumlar bacımın axtarışlarına başlandığını görüb onlara bacımın Türkiyədə ailə qurduğunu və bundan sonra orada yaşayacağını dedim”, – o qeyd edib.

Qeyd edək ki, uşaq vaxtlarından atalarını itirən R.Hüseynova ailədə 2 qardaş və 3 bacı olublar.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница