16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda iki uşaq anası qardaşı tərəfindən bıçaqlandı

Azərbaycanda iki uşaq anası qardaşı tərəfindən bıçaqlandı
Azərbaycanda iki uşaq anası qardaşı tərəfindən bıçaqlandı


Dünən Sabirabad rayonunda qardaşın bacısını qətlə yetirməsi ilə nəticələnən dəhşətli hadisənin bəzi təfərrüatları məlum olub.

May.Az Lent.az-a istinadən xəbər verir ki, Balakənd kəndində 1975-ci il təvəllüdlü Hüseynov Məhəmməd Fəxrəddin oğlu bacısı, 1984-cü il təvəllüdlü Şəmsiyyəni qısqanclıq zəminində öldürdüyünü açıqlayıb.

Hadisədən dərhal sonra Sabirabad rayon Polis Şöbəsinə gedərək könüllü şəkildə təslim olan 41 yaşlı Məhəmməd Hüseynov bacısını hansı səbəbdən öldürdüyünü deyib. O, iddia edib ki, 32 yaşlı Şəmsiyyə ailəsinə yaraşmayan hərəkətlər edib.

Hadisə vaxtı 32 yaşlı qadın qardaşının bıçaq zərbələrindən yayınmaq istəsə də, M.Hüseynov qaçaraq onu yaxalayıb və kürəyinə çoxsaylı bıçaq zərbələri endirib.

İlkin araşdırmadan sonra məlum olub ki, Şəmsiyyə Hüseynova bir neçə il əvvəl həyat yoldaşından ayrılıb və iki övladı ilə ata evinə qayıdıb. Ata evində məskunlaşan qadının övladlarından böyüyü orta məktəbin 8-ci sinfində, digəri isə ibtidai sinifdə oxuyurmuş.

Hadisəni törədən Məhəmməd Hüseynov isə xeyli vaxt imiş ki, ailəsi ilə birgə Saatlı rayonunun Saracalı kəndində yaşayırmış. Lakin onun böyük övladı nənə-babasından ayrıla bilmədiyi üçün Balakənd kəndində qalıb və məktəbə də burada gedir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница