16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakıda yol polisləri soyğunçunu yaxaladı

Bakıda yol polisləri soyğunçunu yaxaladı
Bakıda yol polisləri soyğunçunu yaxaladı


Dünən səhər saatlarında Bakıda vətəndaşı qarət edən şəxs yol polisi tərəfindən yaxalanıb.

BAKU.WS “Avtosfer.az”a istinadən xəbər verir ki, Afyəddin Cəlilov küçəsində orta yaşlı kişinin əlindən mobil telefonu alınıb.
Həmin şəxs dərhal ərazidə xidmət aparan Bakı şəhər DYPİ-nin YPX Alayının Müşayət-eskort bölüyünün 2-ci tağımının əməkdaşı, polis kapitanı İlham Əliyevə yaxınlaşaraq bir nəfərin onun mobil telefonunu alıb qaçdığını bildirib.

99 YP 437 nömrəli patrul avtomobilində xidmət aparan inspektor digər həmkarı, serjant Mustafa Məmmədzadə ilə birlikdə onlara müraciət edən vətəndaşı maşına mindirərək soyğunçunun qaçdığı istiqamətdə hərəkət ediblər.
Polislərin yaxınlaşdığını görən soyğunçu telefonu yerə ataraq şübhə yaratmadan ərazidən uzaqlaşmağa çalışıb. Lakin DYP əməkdaşları onu Sabit Orucov küçəsində saxlayıblar.

Yol polisləri həmin şəxsin özünün iştiraki ilə telefonu atdığı yerdən götürdükdən sonra onu Xətai rayan Polis İdarəsinin 37-ci polis bölməsinə təhvil veriblər. Burada aparılan ilkin araşdırma zamanı məlum olub ki, telefon oğrusu 1991-ci il təvəllüdlü Abdullayev Elnur Əli oğludur. Faktla bağlı araşdırmalara davam etdirilir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница