16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda əhali aksiya keçirib

Azərbaycanda əhali aksiya keçirib
Azərbaycanda əhali aksiya keçirib


Tovuz şəhər sakinlərinin rayondakı mərkəzi yolu bağladıqları bildirilir. Sakinlərin etiraz aksiyasına qalxmasının səbəb kimi isə Tovuzun əsas küçələrinə 15 gündür içməli suyun verilməməsi göstərilir.

May.Az Report-a istinadən xəbər verir ki, sakinlərin aksiyası nəticəsində şəhərin mərkəzi prospektində avtomobillərin hərəkəti çətinləşib, tıxac yaranıb.

Etiraz edən sakinlərin deməsinə görə, rayonun Nəsimi, M.Rəsulzadə, Y.Sadıqov küçələrinə 15 gündür içməli su verilmir.

Aksiya keçirilən əraziyə Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının gətirildiyi bildirilir. Polis əməkdaşlarının müdaxiləsindən sonra mərkəzi prospektdə hərəkətin bərpa edildiyi deyilir.

Tovuz Su-Kanal idarəsinin rəisi Azər Süleymanov sayta sakinlərin su təchizatındakı problemin səbəblərindən danışıb.

"Son günlər havanın yağmurlu olması nəticəsində Zəyəm çayında sululuq artıb. Buna görə də, şəhərə su verilməsində çətinlik yaranıb. Sakinlərin içməli suya olan tələbatını ödəmək üçün bu gün həmin küçələrə maşınlarla içməli su gətirilib”.

İdarə rəisi əhaliyə içməli suyun verilməsində yaranan problemin iki gün ərzində həll olunacağını bildirib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница