16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Şəkidə daşqın təhlükəsi

Şəkidə daşqın təhlükəsi
Şəkidə daşqın təhlükəsi


Dağlara yağan aramsız leysan yağışları nəticəsində Şəkinin daha bir kəndinə ziyan dəyib.

May.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, yağan yağışlar səbəbindən Biləcik çayına güclü sel gəlib. Sel səbəbindən Cunut kəndini rayon mərkəzi və ətraf kəndlərlə birləşdirən yol yararsız hala düşüb. Avtomobillər yolda qalıb.

Sakinlərin sözlərinə görə, analoji hal əvvəllər də bir neçə dəfə baş verib. Hətta kəndə düşən sel suları mal-qaranı tələf edib. Təsərrüfata ziyan dəyib. Lakin xoşbəxtlikdən bu dəfə bənzər faktlar qeydə alınmayıb. Ən böyük fəsad yolda yaranıb. Sözügedən ərazidə körpü və ya suötürücü boru yerləşdirilmədiyindən hər dəfə sel gəldiyində yol yararsız hala düşür.

Bu günədək yaranmış fəsadları kənd bələdiyyəsi öz hesabına aradan qaldırsa da, bu dəfə dağıntının güclü olması bələdiyyə tərəfindən yolun bərpa edilməsini mümkünsüz edib.

Cunut kəndində yaranmış vəziyyət artıq aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb. Kəndin rayon mərkəzi ilə əlaqəsinin tam bərpa olunması istiqamətində işlərə başlanılıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница