08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Koronavirusa yoluxan polislərlə bağlı daha bir AÇIQLAMA

Koronavirusa yoluxan polislərlə bağlı daha bir AÇIQLAMA
Koronavirusa yoluxan polislərlə bağlı daha bir AÇIQLAMA


Bu gün həkimlərlə yanaşı, polislər də koronavirusla mübarizədə ön cəbhədədirlər. Bunlar xüsusi risk qrupuna aiddirlər. Polislər xüsusi ilə karantin rejimini pozmuş şəxslərlə ünsiyyətdə olurlar. Həmin insanlar da polis əməkdaşlarının koronavirusa yoluxmasına şərait yaradıb.

MAY.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev AzTV-də çıxışı zamanı bildirib.

DİN rəsmisi qeyd edib ki, polis əməkdaşları arasında da koronavirusa yoluxma halları aşkar edilib:

"Həmin əməkdaşlar xüsusi tibbi müəssisələrdə müalicə alırlar. Bəzən sosial şəbəkələrdə polislərə qarşı lazımsız ifadələr işlədilir. Mən o vətəndaşlara müraciət etmək istəyirəm. Bir halda ki, o polis koronavirusa yoluxub, öz ailəsini də yoluxdurub. Belə hallar da var. Həmin polis əməkdaşları tibb müsəssisələrində həyatda qalmaq uğrunda mübarizə apardığı bir halda, onlar barədə belə hörmətsiz ifadələr işlətməyi necə vicdanlarına sığışdırırlar? Belə şəxslərə bildirmək istəyirəm ki, hamısının şəxsiyyəti məlumdur və hər biri barəsində qanunvericilik müəyyən edilmiş qaydada ciddi tədbirlər görüləcək".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница