18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Sabah sulu qar yağacaq

Sabah sulu qar yağacaq
Sabah sulu qar yağacaq


Bakı və Abşeron yarımadasında sentyabrın 17-də arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 18-21° isti, gündüz 23-26° isti, Bakıda gecə 18-20° isti, gündüz 24-26° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 85-95% təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 17-də Abşeron yarımadasında təmiz və sakit hava şəraiti müsbət amil olsa da, havada rütubətin çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Sentyabrın 18-19-da isə meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница