08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Bu rayonlara yağış yağıb

Bu rayonlara yağış yağıb

Bu gün saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata görə, ölkə ərazisində oktyabrın 1-i gündüz saatlarından başlayaraq hava şəraiti dəyişib. Bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Şahdağın 3000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı Göygöldə 10 mm, Daşkəsəndə 8 mm, Şahbuzda 7 mm, Tərtər, Şəki, Yevlax, Goranboy, Gədəbəydə 2 mm, Naxçıvan, Quba, Xaltan, Xınalıq, Altıağac, Naftalan, Bərdə, Ağdam, Ağcabədi, Kürdəmir, Sabirabad, İsmayıllı, Qəbələ, Şamaxı, Beyləqan, Daşkəsən, Ağsu, Gəncə, Göyçay, Mingəçevir, Oğuz, Qusar, Balakən, Xaçmaz, Qaxda 1 mm-dək olub.

Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi Şahdağda arabir 20 m/s-dək güclənib.

Göygöl, Daşkəsən, Şəmkir, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 29, Aran rayonlarında 27, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница