18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Temperatur 5-8° dərəcə enəcək - Xəbərdarlıq

Temperatur 5-8° dərəcə enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında oktyabrın 21-i səhərdən 22-dək şimal-qərb küləyi 15-20 m/s, gündüz arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s olacaq. 21-i axşam, 22-si günün birinci yarısında və 23-ü axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən xəbərə görə, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək.
Oktyabrın 21-i şimal və qərb rayonlarından başlayaraq 23-dək ölkə ərazisındə hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Qərb küləyi 20-si axşamdan 22-dək 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница