16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bu tarixdən havanın temperaturu dəyişəcək

Bu tarixdən havanın temperaturu dəyişəcək
"Bu günlərdə bölgələrdə 38, paytaxtda isə 33 dərəcə istinin qeydə alınması sentyabr ayı üçün qeyri-adi hadisə deyil".
MAY.AZ-ın məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Xidmət rəisi qeyd edib ki, son günlər paytaxtda havanın temperaturu iqlim normasından 6 dərəcə yüksəkdir.
"Davamlı cənub-şərq istiqamətli hava axını havada nisbi rütubətin artmasına səbəb olur. Hətta nisbi rütubət gündüzlər 60-80% arasında dəyişir ki, bu da normadan xeyli yüksəkdir", - deyə U.Tağıyeva vurğulayıb.
Onun sözlərinə görə, havanın rütubəti insan orqanizminə təsir edən əsas amillərdən biridir:
"30 dərəcədən yüksək temperatur şəraitində bu cür nisbi rütubət orqanizmin istilik ötürmə sürətinə təsir etməklə insanların əhvalında mənfi reaksiya yaradır. Belə ki, isti hava şəraitində yüksək rütubət, dərinin səthindən nəmin çıxmasına sanki mane olur, istilik ötürülməsi yavaşlayır, bu da bəzi narahatlıqlara səbəb olur".
Xidmət rəsmisi onu da bildirib ki, sentyabrın 23-nə kimi havada ciddi dəyişikliklər gözlənilmir, cənub-şərq küləyi üstünlük təşkil edəcək, lakin sentyabrın 24-dən başlayaraq hava dəyişəcək.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница