16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakıya qar yağacaq

Bakıya qar yağacaq
“Son zamanlar sinoptik-meteoroloqlar konkret region üçün səciyyəvi olmayan  hava kütlələrinin nadir, bəlkə də bu vaxtlaradək  görünməyən,  kionfiqurasiya və hərəkət istiqamətləri ilə qarşılaşır. Belə proseslərdən biri dekabrın 23-24-də gözlənilir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
“Burada qeyri-adilik nədədir? Adətən qışda soyuq hava kütlələri ölkə ərazisinə şimal-qərb, şimal və ya şimal-şərqdən, yəni Skandinaviya və ya Yeni Torpaq ərazilərindən daxil olaraq havanın xeyli soyumasına və qar yağmasına səbəb olur.
Bu dəfə, Şərqi Sibir ərazisində temperaturun normadan 17 dərəcəyədək enməsinə səbəb olan anomal soyuq antisiklonun qolu, hava kütlələrinin adətən qərbdən şərqə axınının əksinə olaraq, şərqdən qərbə uzanaraq ayın 23-24-də bizim regiona çatacaq”, - deyə o əlavə edib.
Xidmət rəsmisi qarı seyr etmək arzusunda olan şəhər əhalisinə sinoptiklərdən xoş xəbər olduğunu bildirib. O qeyd edib ki, 23-24 dekabrda Abşeron yarımadası və Bakıda sulu qar, qar gözlənilir. Lakin temperatur rejiminin 8-10 dərəcəyədək enməsinə baxmayaraq, havanın temperaturunun müsbət 3 dərəcəyə yaxın olması davamlı qar örtüyünün yaranmasına imkan verməyəcək 
O qeyd edib ki, ölkənin dağlıq və dağətəyi rayonlarının əhalisi isə intensiv, bəzi yerlərdə isə güclü qarın yağması nəticəsində əmələ gələn qar örtüyünü müşahidə edə biləcək.
U.Tağıyeva dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması ilə əlaqədar əhaliyə daha ehtiyatlı olmağı tövsiyə edib.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница