18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
Sabaha olan hava proqnozu açıqlandı


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

May.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-24° isti, Bakıda gecə 15-17° isti, gündüz 22-24° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 20-25° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница