• USD: 55.2987
  • EUR: 52.7379
  • BYN: 22.2952
  • KZT: 11.5957
  • UAH: 14.9780
  • TRY: 29.8581

"EuroHome"dakı yanğın söndürüldü

"EuroHome"dakı yanğın söndürüldü
"EuroHome"dakı yanğın söndürüldü


Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən MAY.AZ-a bildirilib.

Verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd "BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub.

Soyutma işləri davam etdirilir. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb.

Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.
İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb. Hazırda araşdırma işləri davam etdirilir.
Afisa
Fransanın məşhur portalında Qarabağla bağlı məqalə dərc edilib

Fransanın məşhur portalında Qarabağla bağlı məqalə..

Fransanın məşhur "AGORA VOX Le media citoyen" informasiya portalında Qarabağla bağlı məqalə dərc olunub....

Afisa
"Dərs vaxtı"nın sabaha olan cədvəli

"Dərs vaxtı"nın sabaha olan cədvəli..

“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 23-ü üçün nəzərdə...

Afisa
Bələdiyyələrin fəaliyyəti ilə bağlı hesabat Milli Məclisdə

Bələdiyyələrin fəaliyyəti ilə bağlı hesabat Milli..

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə Milli Məclisə...

Afisa
Ermənistanda bahalaşma əhalinin narazılığını daha da artırır

Ermənistanda bahalaşma əhalinin narazılığını daha da..

Müharibə başlayandan Ermənistanın sosial şəbəkələrində intensiv olaraq qiymətlərin qalxması mövzusu...

Afisa
"EuroHome"dakı yanğın söndürüldü

"EuroHome"dakı yanğın söndürüldü..

Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti...

Afisa
Trampdan Çinlə bağlı maraqlı TVİT - FOTO

Trampdan Çinlə bağlı maraqlı TVİT - FOTO..

ABŞ prezidenti Donald Tramp Çinə pul verməklə bağlı Dünya Bankıına çağırış edib. BiG.AZ-ın "RİA...

Rəylər (0)