09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Növbəti il dövlət büdcəsinin prioritetləri AÇIQLANDI

Növbəti il dövlət büdcəsinin prioritetləri AÇIQLANDI

"Ardıcıl həyata keçirilən düşünülmüş islahatlar sayəsində Azərbaycan regionun lider dövləti kimi mövqelərini daha da möhkəmləndirib".

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, bu il iqtisadiyyatın əsas sektorlarında inkişaf müşahidə edilir: "Ölkəmiz yaşıl iqtisadiyyata keçidlə bağlı böyük layihələr həyata keçirir. Azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına yenidən inteqrasiya etdirilməsi milli gündəliyimizdə əsas yerləri tutur. Keçmiş məcburi köçkün soydaşlarımız doğma yurdlarına dönürlər. Sosial sahəyə böyük əhəmiyyət verilir, əməkhaqqı və pensiyalar artırılır".

Sahibə Qafarova qeyd edib ki, gələn il üçün dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həddədir:

"2025-ci ilin dövlət büdcəsinin prioritetləri Silahlı Qüvvələrin potensialının daha da artırılması, Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlı olacaq. 2025-ci il dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə edilib".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница