16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycan bu il Rusiyaya xurma ixracını 71 faiz artırıb

Azərbaycan bu il Rusiyaya xurma ixracını 71 faiz artırıb

2024-cü ilin əvvəlindən bəri Azərbaycandan Rusiyaya xurma ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 71.3 faiz artıb.


Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.


"2024-cü ilin əvvəlindən Rusiyaya Azərbaycandan 338.7 min ton meyvə-tərəvəz tədarük edilib ki, bu da 2023-cü ilin analoji dövrü üçün olan göstərici (352 min ton) ilə müqayisə oluna bilər. Eyni zamanda xurma tədarükü 71.3% artaraq 18.2 min tondan 31.2 min ton, nektarin 34.2% artaraq 14.1 min tondan 19 min ton, şaftalı 26.6% artaraq 13.7 min tondan 17.4 min ton, çiyələk 10.7% artaraq 17.6 min tondan 19.5 min ton, pomidor isə 9.7% artaraq 106 min tondan 116.2 min tona qədər yüksəlib", - "Rosselxoznadzor"un məlumatında deyilir.


Statistikaya əsasən, Rusiyadan Azərbaycana ərzaq kartofunun ixracı xeyli artıb - 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2.7 dəfə artaraq 23 min ton təşkil edib. Soğan ixracı da 5.1 dəfə artaraq 7.7 min tona çatıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница