16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

PROQNOZ - Bu il ölkədə pambıq yığımı rekord həddə olacaq

PROQNOZ - Bu il ölkədə pambıq yığımı rekord həddə olacaq
PROQNOZ - Bu il ölkədə pambıq yığımı rekord həddə olacaq


Bu il Azərbaycanın müstəqillik tarixində rekord həddə pambıq yığımı proqnozlaşdırılır.

MAY.AZ xəbər verir ki, bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov məlumat verib.

Onun sözlərinə görə, 2019-cu ildə ölkənin 20 rayonunda 100,111 hektar sahədə pambıq əkini həyata keçirilib. Ötən illə müqayisədə pambıq əkini sahələrinin həcmi 32 401 hektar azaldılıb, buna rəğmən orta məhsuldarlıq göstəricisi yüksəlib. Ötən il pambıq yığımında orta məhsuldarlıq 17,6 s/ha təşkil etmişdisə, artıq bu ilin oktyabrında bu rəqəm 7,9% artaraq 25,5 sentnerə çatıb.

Məhsuldarlığın yüksəlməsinə səbəb aqrotexniki qulluq qaydalarına düzgün riayət olunması, gübrə ilə təminatın yüksək səviyyədə həyata keçirilməsi, məhsulun sahələrdən texnika ilə itkiyə yol verilmədən yığılmasıdır. 2018-ci ildə pambıq sahələrində yığımın 90 faizdən çoxu pambıqyığan kombaynlar vasitəsilə həyata keçirilib.

Bu il pambığın texnika ilə kütləvi yığımına sentyabrın 24-də start verilib, ötən 5 həftə ərzində qəbul məntəqələrinə 255 min tondan artıq pambıq təhvil verilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 68 min ton, 2018-ci ilin yekun nəticəsi ilə müqayisədə isə 23 min ton artıqdır.

Artıq pambıq yığımı yekun mərhələyə qədəm qoyub. Sahələrdən birinci üz yığım yekunlaşmaq üzrədir, ikinci üz yığımın isə 50 faizi başa çatıb. Bu il ən çox pambıq Saatlı (13 741 ha), Ağcabədi (10 452 ha), Biləsuvar (10 257 ha), Bərdə (10 140 ha) və Beyləqan (9706 ha) rayonlarında əkilib. Yığılan pambığın 144 185 tonu bu rayonların payına düşür.

Pambıq yığımı davam edir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница