16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Telman İsmayılovun oteli yenidən açılır - DƏBDƏBƏLİ TOY OLACAQ

Telman İsmayılovun oteli yenidən açılır - DƏBDƏBƏLİ TOY OLACAQ
Telman İsmayılovun oteli yenidən açılır - DƏBDƏBƏLİ TOY OLACAQ


Antaliyada, azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən 1.4 milyard dollara inşa edilən "Mardan Palace Otel"in fəaliyyətə başlayacağı tarix açıqlanıb.

BAKU.WS-in məlumatına görə, 31 mart 2018-ci il tarixində otel yenidən xidmətə açılacaq. Otelin baş direktoru Selçuk Şentepe "Mardan Palace Otel"nin üzərinə həbs qoyulmadığını bildirib. Şirkətin bir digər investisiyası olan sport otelin həbs səbəbiylə satılmasına çalışılır.

Baş direktor Selçuk Şentepe otelin borc içində olmadığını söyləyib:

"Otelimizdə olan əmlakın dəyəri borcların 5 qatıdır. Hər dövrdə şirkətlərin müəyyən çətinlikləri olur. Biz, hər şeyimizi yenidən qururuq. Gələcəyə daha yaxşı baxaraq, hərəkət etməyə çalışırıq. Bir çox otelin çətinlikləri olduğu kimi bizim də çətinliklərimiz var. Bu çətinlikləri aşıb, yolumuza davam edəcəyik. Oteli təmir səbəbiylə bağladıq. Lakin 200-ə yaxın personalımız işə davam edir. 2018-ci ilə bir çox yeni plana başlayırıq. Görüşdüyümüz bir Hind toyu var. Otelimizin yeni il açılışını çox yaxşı bir Hind toyu ilə edəcəyik. Oteli köhnə günlərinə qaytaracağıq. 31 martda otelin açılışı olacaq".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница