09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

"Coca Cola" fəaliyyətini yenidən quracaq

"Coca Cola" fəaliyyətini yenidən quracaq
"Coca Cola" fəaliyyətini yenidən quracaq


“Coca Cola” şirkəti gələcəkdə biznesin yenidən təşkil olunmasına dair strateji planını açıqlayıb.

Big.az “Report”a istinadən xəbər verir ki, ilin ikinci rübünün zəif yekunları nəzərə alınaraq tətbiq olunan plana görə şirkətin 17 bölümü ləğv ediləcək və 9 yeni bölüm yaradılacaq.

Həmçinin Şimali Amerika regionunda 4 minədək iş yerini ixtisar etmək, işdən çıxarılanlara 350 milyondan 550 milyon ABŞ dollarınadək məbləğdə birdəfəlik müavinət vermək nəzərdə tutulur.

Qeyd edək ki, bu ilin ikinci rübündə koronavirus pandemiyası şəraitində, o cümlədən bir çox ölkələrdə ictimai iaşə xidmətlərinə tətbiq olunan məhdudiyyətlər nəticəsində “Coca Cola”nın satışları ötən ilin müvafiq dövrünə nisbətən 28 faiz azalaraq 7,2 milyard dollar, xalis mənfəəti isə 32 faiz azalaraq 1,8 milyard dollar səviyyəsində qalıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница