22:48 Niyə insanlarda həm süd, həm də daimi dişlər olur? 22:47 Bu bürcləri sevgi həyatında taleyüklü dəyişikliklər gözləyir: kimlərdir onlar? 10:14 Ölümü ilə bütün dünyanı ağladan müsəlman milyarder 20:49 Robert De Niro Bakıya gələcək 20:48 Noyabr ayının ən faydalı mövsüm meyvəsi - Şirəsindən gündə bir stəkan içmək… 20:47 Alimlər infarkt və insultun qarşısını almağın yeni yolunu KƏŞF ETDİ - Bu dərmanla… 20:45 Duzlu və acılı qidaların orqanizmə zərərləri açıqlandı 20:44 Azərbaycanda bəzi yerlərdə ətin qiyməti ENDİ 10:21 Bakıda balta ilə arvadını öldürən kişi özünü asdı 10:20 Çox yaxında əlinə xeyli pul gələcək 3 BÜRC

Kaxa Kaladze yenidən Tbilisinin meri seçilib

Kaxa Kaladze yenidən Tbilisinin meri seçilib

Tbilisidə keçirilən bələdiyyə seçkilərinin yekun nəticələrinə əsasən, hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyasının namizədi Kaxa Kaladze paytaxtın meri vəzifəsinə yenidən seçilib. 

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Səslərin 100 faizi hesablandıqdan sonra Kaladze 71,62 faiz səs toplayaraq inamlı qələbə qazanıb.

İkinci yerdə müxalif qüvvələrin birgə namizədi - "Güclü Gürcüstan" və "Qaxariya Gürcüstan naminə" partiyalarının təmsilçisi İrakli Kupradze qərarlaşıb. O, 12,28 faiz seçicinin səsini torplayıb.

Üçüncü yeri isə "Qırçı" liberal partiyasının nümayəndəsi Yaqo Xviçiya tutub - onun nəticəsi 7,62 faiz olub.

MSK-nın məlumatına görə, bülletenlərin 99 faizi emal edildikdən sonra hakim partiya ölkə üzrə ümumilikdə 81,7 faiz səs toplayıb. İkinci yerdə "Güclü Gürcüstan" (6,7%), üçüncü sırada isə "Qaxariya Gürcüstan naminə" (3,7%) qərarlaşıb.

Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda yerli özünüidarəetmə seçkiləri keçirilib. Səsvermə zamanı ölkənin 64 bələdiyyəsində merlər və bələdiyyə şuralarının üzvləri müəyyən olunub. Bu nəticələrlə Kaladze Tbilisinin meri vəzifəsini növbəti dəfə icra edəcək.




Яндекс.Метрика MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница