17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

20 il işlədiyi şirkəti məhkəməyə verdi: Vəzifəmi artırmırlar

20 il işlədiyi şirkəti məhkəməyə verdi: Vəzifəmi artırmırlar

Fransada yaşayan 59 yaşlı Lorans Van Vassenhovo 20 il ərzində maaş almasına baxmayaraq, iş yerində ona heç bir vəzifə, tapşırıq verilmədiyini bildirərək telekommunikasiya nəhəngi Orange şirkətini məhkəməyə verib. Qadın bu vəziyyətin onu "məcburi fəaliyyətsizlik" vəziyyətinə saldığını, sosial təcrid və ağır depressiyaya səbəb olduğunu iddia edir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Lorans 1993-cü ildə, o vaxt France Télécom adlanan şirkətə böyük ambisiyalarla qoşulub.

Onda epilepsiya və bədənin yalnız bir tərəfini iflic edən hemiplejiya diaqnozu qoyulduqdan sonra, o, daha oturaq işə, katib vəzifəsinə keçirilib.


2002-ci ildə başqa işə köçürülmək üçün müraciət edən Lorans tibbi yoxlamadan sonra həmin vəzifəyə yararsız hesab edilib və "rezerv" siyahısına daxil edilib. O vaxtdan etibarən ona nə yeni iş yeri, nə də peşəkar fəaliyyət imkanı verilib.


"Bəli, mənə maaş verirdilər. Amma mənə elə davranırdılar ki, guya mövcud deyiləm", – deyə qadın bildirib. Onun sözlərinə görə, illər ərzində dəfələrlə təlim, vəzifə dəyişikliyi və dəstək istəsə də, nəticə olmayıb. 2015-ci ildə hökumətə və Anti-diskriminasiya üzrə Ali Şuraya şikayət etdikdən sonra da vəziyyət dəyişməyib.


Fransa əmək qanunvericiliyinə görə, işəgötürən sağlamlıq səbəbindən əvvəlki vəzifəsini icra edə bilməyən əməkdaş üçün uyğun alternativ iş tapmaq üçün real səylər göstərməlidir. Lorans isə Orange şirkətinin bu öhdəliyi yerinə yetirmədiyini və onun uzunmüddətli fəaliyyətsizliyinin diskriminasiya olduğunu bildirir.


Qadının vəkili Devid Nabet-Martin də bildirib ki, işəgötürən uzun illər ərzində iş şəraitini təmin etməyib və bu, Fransanın əmək qanunlarına görə diskriminasiya sayılır.


Orange isə qadının "fərdi sosial vəziyyətini nəzərə aldıqlarını" və ən yaxşı şəraiti yaratdıqlarını iddia edib. Şirkət onun üçün yeni vəzifə imkanlarını nəzərdən keçirdiyini, lakin tez-tez xəstəlik məzuniyyətində olduğu üçün bu prosesin baş tutmadığını bildirib.




menu Menu game Oyunlar mail Poçt live Live profile Страница