"Telegram" ilk dəfə gəlir qazanıb

👤 Admin 📅 24-12-2024, 06:48 👁 0 baxış 💬 0 şərh

"Telegram"ın 2024-cü ildə ümumi gəliri 1 milyard dolları ötüb.

Oxu.Az xəbər verir ki, bu barədə mesencerin həmtəsisçisi Pavel Durov məlumat verib.

O qeyd edib ki, monetizasiyanın işə salınmasından sonra üç il ərzində ilk dəfə "Telegram" gəlir gətirib.

Durov əlavə edib ki, "Telegram Premium" abunəçilərinin sayı 12 milyonu ötüb.

İş adamı 2024-cü ili mesencer üçün "çox yaxşı il" adlandırıb.


📌 Taglar:
🔗 Paylaş: Facebook Twitter Telegram