16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Telegram"da iki funksiya silindi

"Telegram"da iki funksiya silindi

"Telegram" "Yaxınlıqdakı insanlar" funksiyasını silib və "Telegraph" bloq platformasına media fayllarının yüklənməsini deaktiv edib.

Oxu.Az xəbər verir ki, bu barədə mesencerin təsisçisi Pavel Durov "Telegram" kanalında məlumat verib.

"Biz "Telegram" istifadəçilərinin 0,1%-dən azının istifadə etdiyi, lakin botlar və fırıldaqçılarla bağlı problemlərə səbəb olan "Yaxınlıqdakı insanlar" funksiyasını sildik. Biz, həmçinin anonim şəxslər tərəfindən sui-istifadə edilən oflayn bloqumuz olan "Telegraph"da yeni media fayllarının yüklənməsini deaktiv etdik", - məlumatda bildirilir.

Durov əlavə edib ki, mesencer istifadəçilərinin əksəriyyəti cinayətlə əlaqəli deyil, lakin qeyri-qanuni fəaliyyətlə məşğul olanların 0,001%-i "Telegram" üçün pis imic yaradır. Onun sözlərinə görə, bu, bir milyard mesencer istifadəçisinin maraqlarını risk altına qoyur.

"Buna görə də, biz moderasiya ilə bağlı tənqiddən uzaqlaşmağa çalışırıq", - qeyd olunub.

Durov bildirib ki, "Yaxınlıqdakı insanlar" funksiyası əvəzinə mesencerdə "Yaxınlıqdakı biznes" funksiyası olacaq, burada qanuni və təsdiqlənmiş bizneslər təqdim olunacaq, onlar məhsul kataloqlarını nümayiş etdirə və maneəsiz ödənişləri qəbul edə biləcəklər.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница